Nazir: 8 868 iş yerinin yaradılması nəzərdə tutulur

İqtisadiyyat

19.03.2025 17:49

2265

"2021-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye zonalarında investisiya portfeli 950 milyon manata yaxın olan 94 sahibkarlıq subyektinə rezidentlik verilib".

TodayPress xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Belə ki, sözügedən dövrdə 29 müəssisə fəaliyyətə başlayıb. Rezidentlərin layihələri çərçivəsində ümumilikdə 8 868 iş yerinin yaradılması nəzərdə tutulur.

Töhfə Səməd

tag: İqtisadiyyat Nazirliyi , İqtisadi Zonaların İnkişafı Agentliyi,Mikayıl Cabbarov ,todaypress.az,