Naxçıvanda toplanılmış sığorta haqlarının məbləği açıqlandı

İqtisadiyyat

14.05.2025 17:03

8

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 1,5 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 9,9 milyon manat təşkil edib. 

TodayPress bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,5 % və 5 % çoxdur.

tag: Naxçıvan,Sığorta,İşsizlik,Tibbi,Todaypress.az,