Naxçıvanda alternativ və bərpaolunan enerji istehsalı 70.4% təşkil etdi
İqtisadiyyat
08.07.2024 21:58
Cari ilin iyun ayında Naxçıvan
Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan
elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.
TodayPress Xidmətə istinadən xəbər
verir ki, cari ilin iyun ayında istehsal olunan ümumi elektrik enerjisinin 70,4
faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb.
Qeyd edək ki, bu göstərici
cari ilin may ayında 92,5 faiz olub. Məlumat üçün bildirək ki, su elektrik
stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik
stansiyalarının generasiya gücü 107,8 MVt-dır ki, bu da ümumi gücün təxminən
44,04 faizini təşkil edir. İstehsal olunan elektrik enerjisi İstilik Elektrik
Stansiyalarında (İES)
13 677 000 kilovat-saat, Su
Elektrik Stansiyalarında (SES) 26 227 797 kilovat-saat, digər alternativ və bərpaolunan
mənbələri üzrə isə 6 289 209 kilovat-saat olub. 2024-cü ilin altı ayı ərzində
şinə buraxılan elektrik enerjisi 221 597 860 kilovat-saat olmaqla, 2023-cü ilin
müvafiq dövrü ilə (42 036 701 kilovat-saat) müqayisədə 179 561 159 kilovat-saat
(23,41 faiz) artıb.
tag: Naxçıvan, Enerji, İES, SES, todaypress.az,