Naxçıvanda 10 elektrik doldurucu stansiya quraşdırılacaq
İqtisadiyyat
15.08.2024 02:15
Naxçıvanda ilkin mərhələdə 10 elektrik doldurucu
stansiya quraşdırılacaq.
TodayPress xəbər verir ki, bunu muxtar respublikanın
ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev jurnalistlərə bildirib.
Nazir vurğulayıb ki, bu ilin 6 ayı ərzində muxtar respublikada əldə olunan enerjinin 61,1 faizi günəş elektrik stansiyaları və su elektrik stansiyaları vasitəsilə təmin olunub. Bu, ekoloji baxımdan səmərəli hesab edilir.
"Naxçıvanda ilkin mərhələdə elektromobillər üçün 10 elektrik
doldurucu stansiyanın alınıb quraşdırılması nəzərdə tutulub. Bu prosesə özəl
şirkətlər də cəlb olunacaq.
2025-ci ildə Naxçıvanda təbii fəlakət, dolu, daşqın,
sürətli küləklər, leysan xarakterli yağıntılar haqqında 3 saat əvvəlcədən dəqiq
məlumat verən “dopler” radar sistemi quraşdırılacaq. Bu il 2 ədəd
aqrometeroloji stansiyanın alınaraq Ordubad və Kəngərli rayonlarında
quraşdırılması nəzərdə tutulub".
Mustafayev bildirib ki, cari ildə muxtar respublikada
550 hektar ərazidə toxum və tinglər vasitəsilə meşəsalma və meşəbərpa tədbirləri
nəzərdə tutulub. Yaz əkini mövsümündə artıq 431,6 hektarda (79 %) yaşıllaşdırma
işləri görülüb.
Muxtar respublikanın 5 filiz yatağının istismarı üçün
sərmayənin cəlb olunması planlaşdırılır.
tag: Naxçıvar,Elektrik, Kəngərli,todaypress.az,Dopler,