Natiq Həsənov: “Beynəlxalq arenaya inteqrasiya üçün ESG vacibdir”

İqtisadiyyat

04.11.2024 15:53

786

“Ekoloji, sosial və korporativ idarəetmə üsulları bizneslərə optimallaşdırmanı və qənaətcil fəaliyyəti özündə ehtiva edir”. 

TodayPress xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov "Bakı KOB evi"ndə yeni qəbul edilmiş ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə dövlət standartı ilə bağlı KOBİA-nın və Azərbaycan Standratlaşdırma İnstitutunun rəhbərliyinin iştirakı ilə keçirilən brifinqdə deyib.  

Onun sözlərinə görə, beynəlxalq biznes institutları daim seçim edərkən ESG standarları olan bizneslərə üstünlük verirlər:

“Bu standartları öz fəaliyyətində istifadə edən bizneslərin rəqabət qabiliyyətləri artır, maliyyə cəlb etmə imkanları genişlənir. İstər günümüzün tələbləri, istərsə də beynəlxalq arenaya inteqrasiya üçün ESG vacib amildir” deyə o əlavə edib.  

Töhfə Səməd

tag: KOBİA, Azərbaycan,Natiq Həsənov,Bakı KOB Evi,Sosial, todaypress.az,