Moskva Birjası sanksiyalara görə avro və dolların ticarətini dayandıracaq
İqtisadiyyat
12.06.2024 20:10
Moskva birjası iyunun 13-dən dollar və avro alqı-satqısını həyata keçirməyəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə Miskva Birjasının saytında məlumat yer alıb. Bildirilib ki,iyunun 13-dən etibarən Moskva birjası ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən birja bazarlarında dollar və avro ilə ticarət aparılmayacaq.
Qeyd edək ki, bu gün ABŞ Maliyyə Nazirliyi Moskva Birjası və Milli Klirinq Mərkəzinə qarşı sanksiyalar tətbiq edib.
GÜNEL
tag: Moskva Birjası, ABŞ, Sanksiya,Dollar, todaypress.az,