Mobil rabitə gəlirləri apreldə 2 %-dən çox artdı

İqtisadiyyat

15.05.2025 13:45

24

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 388,9 milyon manat gəlir əldə edilib. 

TodayPress Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 % çoxdur. 

Təkcə apreldə isə adıçəkilən xidmətlərdən 102,5 milyon manat gəlir əldə edilib ki, bu da 1 il əvvələ nisbətən 2,1 % çoxdur. 

2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib.

Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.

tag: Mobil,Rabitə,Gəlir,Artım,Todaypress.az,