Mikayıl Cabbarov: "Vergi sistemində islahatlar hədəflərlə uzlaşır"

İqtisadiyyat

13.02.2025 11:33

2807

“Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur”. 

TodayPress xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bunu “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib. 

şğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasına görə təşviqlər, həssas sosial təbəqələr üçün güzəştlər, özəl sektoru stimullaşdıran addımlar, sənaye parklarında rezidentlər üçün azadolmalar, startaplar üçün stimullar, ekoloji mühiti inkişaf etdirən vergi güzəştlərini qeyd etməliyik. Bunlar ölkəmizdə iqtisadi aktivliyə, sosial rifaha və qeyri-neft sektorunun inkişafına təkan verən mühüm islahatlar paketini təşkil edir. Vergi sistemində islahatlar və qanunvericilikdə dəyişikliklər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri ilə uzlaşır" deyə nazir diqqətə çatdırıb.  

Töhfə Səməd

tag: Mikayıl Cabbarov,İqtisadiyyat,Təşviq,Güzəşt,Vergi,Todaypress.az,