Mikayıl Cabbarov: "Qeyri-neft sektorunda sahibkarların sayı artıb"

İqtisadiyyat

13.02.2025 11:00

2772

“Ölkəmizdə dayanıqlı iqtisadiyyatın inkişaf etdirilməsində vergi sisteminin xüsusi rolu var”. 

TodayPress xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bunu “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib. 

Onun sözlərinə görə, iqtisadiyyatın inkişafının təməlində isə möhkəm və funksional vergi sistemi durur. 

“Son illərdə qeyri-neft sektorunda sahibkarların sayının artması müşahidə olunur. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payı 2024-cü ildə 67.8% olub. 

Qarabağ dirçəliş fonduna 16 mindən çox hüquqi və fiziki şəxs tərəfindən ianə edilib. Həmin ianələrin böyük hissəsi sahibkarlar tərəfindən edilib. 

2023-cü illə müqayisədə 2024-cü ildə ÜDM-nin real artım tempi 4.1% olub. 

Qeyri-neft sektoru üzrə vergi daxilolmalarının qeyri-neft büdcə gəlirlərində xüsusi çəkisi 2024-cü ildə 57.5% təşkil edib. 

Büdcənin qeyri-neft gəlirlərinin artması hesabına ARDNF-dən büdcəyə transfertin orta illik nominal həcmi 11-12 mlrd. manat səviyyesində saxlanilmaqla, büdcə gəlirlərində xüsusi çekisi 2018-ci ildəki 49%-dən 2024-cü ilin təsdiq edilmiş büdcəsində 34%-ə enmişdir.

Ötən dövr ərzində qeyri-neft sektoru üzrə iqtisadi artim ve fiskal daxilolmalar sahesində aparilan “ağarma tədbirlərinin” nəticəsi olaraq, dövlət büdcəsində transfertin xüsusi çəkisinin azalması və sərbəstləşən bu vəsaitlərin idarəedilməsi hesabına ARDNF-in aktivləri 2018-ci iIdəki 38,5 mird ABŞ dollarından 31.12.2024-cü il tarixinə 60 mird. ABŞ dolları səviyyəsinə yüksəlib (56% artim)”. 

Töhfə Səməd

tag: İqtisadiyyat,Mikayıl Cabbarov,Forum,Qeyri-neft sektoru,todaypress.az,