Mikayıl Cabbarov BVF-nin Azərbaycan üzrə missiya rəhbəri ilə görüşdü
İqtisadiyyat
04.02.2025 19:14
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycanın beynəlxalq maliyyə institutları ilə çoxşaxəli və səmərəli tərəfdaşlığı, ölkəmizdə innovasiyaların geniş tətbiqi baxımından əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb. Həmçinin, ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, energetika sektorunun inkişaf perspektivləri, vergi islahatları və bu sahədə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
Tərəflər qlobal tendensiyaların iqtisadi proseslərə təsiri, Azərbaycan iqtisadiyyatının inkişaf göstəriciləri və hədəfləri, əməkdaşlığın yeni istiqamətləri və digər məsələlər haqqında müzakirə aparıblar.
tag: İqtisadiyyat ,Mikayıl Cabbarov,BVF,Anna Bordon ,todaypress.az,