“Microsoft” VR eynəkləri buraxacaq

İqtisadiyyat

08.08.2024 19:15

Amerikanın Microsoft korporasiyası 2026-cı ilə qədər öz virtual reallıq eynəklərini buraxmağı planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə “The Elec” nəşri məlumat yayıb.

“Microsoft” şirkəti “Samsung Display” ilə “mikro-OLED” displeylərinin tədarükü üçün müqavilə imzalayıb. İnsayderlər bildiriblər ki, növbəti qurğu qarışıq reallıq qulaqcığı olacaq. 

Cihaz “Apple”ın 2024-cü ilin fevralında təqdim etdiyi “Vision Pro” eynəklərinə rəqib kimi göstərilib.

Ötən ay “Bloomberg” bildirmişdi ki, “Apple” çətin ki, 2024-cü ilin sonuna qədər 500 min nüsxədən çox “Vision Pro” eynək sata bilsin. İstifadəçilərin cihaza marağının azalması satışlara xeyli ziyan vurub.

Töhfə Səməd

tag: Microsoft, Samsung Display, Mikro-Oled, Apple, Vision Pro, todaypress.az,