"Microsoft" "Office" proqramlarının adını dəyişdi

İqtisadiyyat

20.01.2025 15:53

"Microsoft" "Windows 11" istifadəçiləri üçün "Office" proqramlar paketinin adını dəyişib.

TodayPress xəbər verir ki, bu barədə şirkət öz rəsmi saytında məlumat yayıb. 

Şirkət "Word", "Excel" və digər proqramların daxil olduğu ofis proqram paketinin adını dəyişərək rebrendinq edib. 

Korporasiyanın mütəxəssisləri proqram paketinin ikonasını da dəyişiblər.

"Microsoft" qeyd edib ki, onlar yeni texnologiyalara və süni intellekt (AI) əsasında işləyən Kopilot virtual köməkçisinə sadiqliklərini göstərmək üçün rebrendinqə başlayıblar. Dəyişikliklər bütün "Windows 11" istifadəçiləri üçün qüvvəyə minib.

Yeniləmədən sonra "Windows" əməliyyat sistemli kompüterin iş masasında yeni "Microsoft 365 Copilot" proqramı peyda olub. Onu açdığınız zaman ən son sənədləri ehtiva edən "Əsas" seqmenti görünür. "Word", "Excel", "Power Point" və digər proqramları işə salmaq üçün menyuda müvafiq düyməni sıxmaq lazımdır. Neyron şəbəkə köməkçisini tez işə salmaq üçün "Copilot" düyməsi də burada yerləşir.


Töhfə Səməd

tag: Microsoft, Office,Word,Excel, Windows,todaypress.az,