“Microsoft” Müqəddəs Pyotr Bazilikasında süni intellektlə gücləndirilmiş layihə təqdim edəcək
İqtisadiyyat
09.11.2024 12:45
“Microsoft” şirkəti Vatikandakı Müqəddəs Pyotr Bazilikasında süni intellektlə gücləndirilmiş layihə təqdim etməyə hazırlaşır.
TodayPress xəbər verir ki,
“Microsoft”un prezidenti Bred Smit noyabrın 11-də Vatikanda layihənin təqdimatını
keçirəcək.
Layihə “Microsoft” şirkəti və Müqəddəs
Pyotr Bazilikasının mühafizəsi və saxlanmasına cavabdeh olan “The Fabric of
Saint Peter” təşkilatı arasındakı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
“Microsoft”, həmçinin qarşıdan gələn
Müqəddəs Yubiley İli çərçivəsində Vatikana və İtaliyanın paytaxtı Romaya səyahət
etməsi gözlənilən 35 milyondan çox ziyarətçiyə kömək edəcək süni intellektə əsaslanan
“Julia” virtual köməkçisini hazırlamaq üçün Roma bələdiyyəsi ilə əməkdaşlıq
edib. Yubiley zəvvarları virtual şəhər bələdçisi “Julia”ya
“WhatsApp” vasitəsilə mədəni irs obyektləri haqqında, habelə İtaliya mətbəxinin
nümunələrinin dadına baxmaq üçün yerlər və restoranlarla bağlı suallar verə biləcəklər.
tag: Microsoft,Vatikan,Müqəddəs Pyotr Bazilikası,Bred Smit, todaypress.az,