“Microsoft” istifadəçilərini növbəti dəfə təəccübləndirdi

İqtisadiyyat

31.07.2024 14:46

“Microsoft”un “Skype” tətbiqinin mesaj bölməsində bütün reklamlar anidən yoxa çıxıb.

TodayPress xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. 

Bildirilib ki, tətbiqə yeni versiya yükləndikdən sonra bütün versiyalarda - həm kompüterlər, həm də smartfonlarda reklam bölməsi görünməyib.  

Şirkət, daha rahat və istifadəçilər üçün əlverişli olması üçün reklamları sildiyini açıqlayıb.

Bundan əlavə, proqram tərtibatçıları artıq təkmilləşdirilmiş istifadəçi interfeysi, naviqasiya, optimallaşdırılmış menyular və süni intellekt (AI) alətlərinə sadələşdirilmiş girişin olduğunu da açıqlayıblar.

Töhfə Səməd

tag: Microsoft, Skype, Problem,Reklamlar, Süni İntellekt, todaypress.az,