"Meta"nın sosial media platformalarında dəyişiklik ediləcək
İqtisadiyyat
07.01.2025 20:37
ABŞ-də yerləşən "Meta" şirkəti ifadə azadlığını bərpa etmək üçün fakt yoxlama proqramını dayandıracağını, "Facebook" və "Instagram" da daxil olmaqla platformalarda ifadə məhdudiyyətlərini aradan qaldıracağını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mark Zukerberq videomüraciətində bildirib.
"Biz səhvləri azaltmaq, qaydaları sadələşdirmək və platformalarda ifadə azadlığını bərpa etmək üçün köklərimizə qayıdırıq" o deyib. Şirkət, həmçinin mövcud məzmun moderasiyası təcrübələrinin "həddindən artıq irəli getdiyini" etiraf edib.
tag: Meta,ABŞ, Facebook, İnstagram, Mark Zukerberq, todaypress.az,