Mask: “Robotlar ən yaxşı cərrahları geridə qoyacaq”

İqtisadiyyat

28.04.2025 16:55

9

Amerikalı milyarder İlon Mask bildirib ki, robotlar yaxın beş il ərzində ən yaxşı cərrahlardan daha keyfiyyətli əməliyyatlar edə biləcək. 

TodayPress xəbər verir ki, o, bu barədə “X” platformasında yazıb.

Mask qeyd edib ki, onun təsis etdiyi “Neuralink” şirkəti artıq insan beyninə elektrod implantasiyası üçün robotlardan istifadə edir, çünki insan əlləri bu dəqiqlik və sürətlə işləyə bilmir.

Qeyd edək ki, “Neuralink” beyin çiplərinin hazırlanması üzərində işləyir və bu texnologiyanın gələcəkdə insanlara kompüterləri düşüncə gücü ilə idarə etməyə və süni intellektə qarşı müqavimət göstərməyə imkan verəcəyi gözlənilir.

Qiymət Mahir

tag: İlon Mask,Robot,Cərrah,Neuralink,todaypress.az,