“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb
İqtisadiyyat
04.06.2024 10:03
Energetika
Nazirliyində energetika naziri Pərviz Şahbazov və BƏƏ-nin sənaye və yüksək
texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Əhməd
Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub.
TodayPress
Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə “Masdar” şirkəti ilə
quruda və dənizdə “yaşıl enerji” layihələrinin icrası, hər iki ölkənin apstrim
sektorunda dövlət şirkətlərinin iştirakı, həmçinin COP29 çərçivəsində əməkdaşlıq
məsələləri müzakirə edilib. 1000 MVt gücündə günəş və külək enerjisi
stansiyalarının inşası ölkələrimizin “yaşıl enerji” keçidinə birgə töhfəsi kimi
dəyərləndirilib.
Görüşün
yekununda Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin
“Masdar” şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala
günəş elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik
stansiyası layihələri üzrə “İnvestisiya müqaviləsinə Əlavə”, “Enerji alqı-satqı
müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” və “Torpaq icarə müqaviləsi”
imzalanıb.
Müqavilələri Azərbaycan tərəfindən energetika naziri Pərviz
Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Masdar” şirkəti tərəfindən
isə baş icraçı direktor Məhəmməd Cəmil Əl-Ramahi imzalayıb.
tag: Masdar, Enerji layihəsi, Energetika Nazirlik, Azər enerji, Pərviz Şahbazov, todaypress.az,