Lotoreya təşkilatçılarından VÖEN tələb olunacaq
İqtisadiyyat
04.12.2024 20:54
Lotoreyanın qeydiyyata alınması üçün
lotoreya təşkilatçılarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)
tələb olunacaq.
TodayPress xəbər verir ki, bununla bağlı
"Lotereyalar haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini
tapıb.
Sənəddə qeyd edilib ki, lotereyanın (stimullaşdırıcı
lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı
lotereyanın ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli
orqana aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim
etməlidir.
Dəyişikliyə əsasən, lotereyanın qeydiyyata alınması üçün
ərizədə lotereya təşkilatçısının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi,
olduğu yer, lotereyanın adı və forması göstərilməlidir.
tag: Lotoreya, VÖEN,Qeydiyyat, Vergi,todaypress.az,