Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış oldu
İqtisadiyyat
19.08.2024 22:20
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva Qobustan və Şamaxıda bir sıra tarixi abidələrdə
aparılmış bərpa işləri ilə tanış olub.
TodayPress xəbər verir ki, Qobustanda
“Diri Baba” türbəsində olan Leyla Əliyevaya XV əsrə aid abidə öz unikallığı ilə
bütün Qafqaz bölgəsində seçilir. “Diri Baba” türbəsi əsrlər boyu Azərbaycan
xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Bu tarixi abidə Prezident İlham
Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ildə bərpa edilib. Abidənin
ətrafındakı qəbiristanlıq və mağaralarda tədqiqat işləri aparılıb. Eləcə də
abidənin turistlər tərəfindən ziyarəti üçün müvafiq infrastruktur yaradılıb.
Leyla Əliyeva
Şamaxıda Kələxana türbələrində də olub. Türbələrdə arxeoloji tədqiqat işləri
2022-ci ildə başa çatıb. Arxeoloji tədqiqatlar zamanı türbələr və ərazidəki
tikililərin tarixinin XII əsrə gedib çıxdığı müəyyən edilib.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Kələxana türbələrində hazırda bərpa və konservasiya işləri aparılır.
Qeyd edək ki,
Heydər Əliyev Fondunun dəstəyi ilə son illər Şamaxıda Şahxəndan türbəsi,
Pirsaat ziyarətgah kompleksində, eləcə də digər tarixi, dini və mədəni
abidələrdə bərpa və konservasiya işləri həyata keçirilib.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıya səfəri zamanı şəhid
heykəltaraş Samir Kaçayevin ailəsi ilə görüşüb. Samir Kaçayev 2016-cı il Aprel
döyüşləri zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı
ilə təltif edilib.
Leyla Əliyeva
Şamaxıda müxtəlif kəndlərin sakinləri ilə də görüşüb.
tag: Leyla Əliyeva, Şamaxı, Vitse-prezident,Heydər Əliyev Fondu,todaypress.az,