Kərə yağı ixracından gəlir 77%-dən çox artdı
Bu ilin I rübündə Azərbaycan 12,6 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edib.
TodayPress xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon ABŞ dolları və yaxud 77,4 % çoxdur.
2024-cü ilin yanvar-mart aylarında Azərbaycan 7,1 milyon ABŞ dollar dəyərində kərə yağı ixrac edib.
tag: Kərə yağı,İxrac,Artım,Gəlir,Todaypress.az,