İRİA-nın sədri: "Kağızsız hökümətə keçid önəmlidir"

İqtisadiyyat

13.12.2024 16:35

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyuçuların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimi keçirib.

TodayPress xəbər verir ki, tədbirdə Azərbaycanın tanınmış texnologiya bloqerləri, ekosistem oyunçuları, startapçılar və İKT icmasının üzvləri iştirak ediblər. 

İRİA-nın sədri İnarə Vəliyeva qeyd edib ki, artıq kağız sənədləri daşımağa ehtiyac yoxdur. O, kağızsız hökümətə keçdin vacibliyini qeyd edib. Vurğulayıb ki, bu prosesdə yaranan problemləri birlikdə həll etməliyik. 

İki hissədən ibarət tədbirin birinci hissəsində İRİA-nın il ərzində fəailyyətinin yekunu haqqında hesabatlar təqdim edilib.

İlk olaraq İRİA-nın İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov innovasiya sahəsində görülən işlər, yaradılan yeni imkanlar və ekosistemin inkişafına yönəlmiş təşəbbüslər barədə danışıb. 

Tədbirin davamında İRİA-nın sədr müavini Şahin Əliyev çıxış edib. O, Agentlik tərəfindən kibertəhlükəsizlik sahəsində, xüsusilə yeni və peşəkar kadrların hazırlanması istiqamətində görülən işlərdən, il ərzində həyata keçirilən təlim proqramları, gənclərimizin yerli və beynəlxalq yarışlarda aktiv iştirakı və bu sahəyə yönələn təşəbbüslər gənc mütəxəssislərin yetişdirilməsi barəsində ətraflı məlumat verib. 

Daha sonra ölkədə rəqəmsallaşma, vətəndaşyönümlü rəqəmsal xidmətlərin inkişafı və ümumilikdə rəqəmsal hökumət sahəsində il ərzində görülən işlərin hesabat təqdimatlı ilə İRİA-nın sədr müavini Rəşad Xalıqov çıxış edib.

Günəş Mərd

tag: Rəqəmsal ,İnarə Vəliyeva, Şahin Əliyev,Rəşad Xalıqov, todaypress.az,