"iPhone" kompüterləri əvəz edəcək

İqtisadiyyat

28.04.2025 11:30

8

"iOS 19" yeniləməsi ilə "Apple" smartfonlarını monitorlara qoşmaq və kompüter kimi istifadə etmək mümkün olacaq.

TodayPress xəbər verir ki, bu barədə məşhur insayder "Majin Boo" öz bloqunda bildirib.

Ekspertin sözlərinə görə, smartfonu monitora və ya televizora qoşarkən "iOS" interfeysi daha böyük ekran diaqonalına uyğunlaşdırılacaq. Bu, smartfona fərdi kompüteri (PC) qismən əvəz etməyə imkan verəcək.

İnsayder bildirib ki, bu funksiya "USB-C" konnektorlu smartfonlar - "iPhone 15" ilə başlayan bütün qurğular tərəfindən dəstəklənəcək.

"SamMobile" sənaye nəşrinin jurnalistləri bildirirlər ki, "Apple" mahiyyətcə "Samsung" smartfonlarında mövcud olan "DeX" funksiyasını kopyalayır. Onunla Koreya brendinin telefonunu monitora və ya televizora qoşub, smartfonla kompüter kimi işləmək mümkündür.

Töhfə Səməd

tag: iOS 19,Apple,USB-C,iPhone,DeX,Samsung,todaypress.az,