"iPhone" istifadəçilərinə xəbərdarlıq: Məlumatlarınız silinəcək
İqtisadiyyat
20.11.2024 10:16
Gələn aydan etibarən "Apple iOS 8" və ya daha əvvəlki versiyalarla işləyən "iPhone" və "iPad"lərdə "iCloud" cihazlarının ehtiyat nüsxələrinin çıxarılmasını rəsmən qadağan edəcək.
TodayPress xəbər verir ki, bu barədə "MacRumors" portalı məlumat yayıb.
Dəyişikliklər 18 dekabr 2024-cü il tarixindən qüvvəyə minir. Bu tarixdən sonra ehtiyat nüsxələri "iOS 9" və ya sistemin sonrakı versiyasını tələb edəcək.
"Apple" həmçinin köhnə cihazlarda mövcud olan bütün "iCloud" ehtiyat nüsxələrini həmişəlik siləcək.
"Apple"ın rəsmi saytında qeyd olunur ki, "iOS 8" və ya daha əvvəl işləyən "iPhone" və "iPad"lərdə saxlanılan proqramlar və məlumatlar öz yerində qalacaq. Eyni zamanda, arzu edilərsə, gadget sahibləri "Windows" ilə "Mac" və ya "PC"də ehtiyat nüsxələri əl ilə yarada bilərlər. Şirkət bu addımı cari "minimum proqram təminatı tələblərinə" cavab vermək istəyi ilə izah edib.
tag: Apple ,iOS 8,iPhone,iPad,iCloud,Windows,Mac,PC,todaypress.az,