İndi Avropa baha qiymətə neft almağa məcburdur

İqtisadiyyat

30.07.2024 09:24

“Avropa ölkələrinin Rusiya neftini bazardan sıxışdırıb çıxardıqdan sonra iqtisadi itkiləri göz qabağındadır: onlar başqa ölkələrdən daha bahalı neft almalı olublar”. 

TodayPress xəbər verir ki, bu sözləri Rusiyanın Energetika və Maliyyə İnstitutunun (IEF) energetika üzrə baş direktoru Aleksey Qromov “RİA”ya müsahibəsində bildirib. 

O, vurğulayıb ki, Avropa bazarını itirən Rusiya bütün ixracatını başqa ölkələrə yönəldə bilib və qiymət cəhətdən çox da itirməyib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan neft tədarükünə qadağa qoyub, eyni zamanda dəniz yolu ilə üçüncü ölkələrə daşınan Rusiya neftinin maksimum qiymətini bir barel üçün 60 dollar səviyyəsində təyin edib. 

Töhfə Səməd

tag: Avropa, Rusiya, Maliyyə, Neft, İqtisadiyyat, todaypress.az,