İmran Cümşüdov: “Fermerlərə 907 min manat sığorta ödənişi edilib”

İqtisadiyyat

18.12.2024 15:32

“2024-cü ilin ilk 10 ayında Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə fermer və təsərrüfatlara 907 min manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 45% artıqdır”. 

TodayPress xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri İmran Cümşüdov bildirib.

Onun sözlərinə görə, aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. 

Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat alıb təsərrüfatlarını sığortalaya bilərlər. 

Töhfə Səməd

tag: İmran Cümşüdov, Fermer, Sığorta, Heyvandarlıq, todaypress.az,