İlk radiasiyaya davamlı kompüter yaradıldı
İqtisadiyyat
10.01.2025 17:52
Amerikalı alimlər Aya kosmosda zərərli radiasiyadan qorunan kompüter göndərəcəklər.
TodayPress xəbər verir ki, bu barədə "Phys" jurnalı məlumat yayıb.
Montana Dövlət Universitetinin (ABŞ) mühəndisləri NASA ilə birgə xüsusi kompüter hazırlayıblar. "RadPC" cihazı kosmosda işləyə bilən dünyanın ilk radiasiyaya davamlı kompüteri hesab olunur. Cihaz problemləri və nasazlıqları müəyyən etmək və aradan qaldırmaq üçün diaqnostik modula malikdir.
Mütəxəssislərin fikrincə, digər kompüter və avadanlıqlar ionlaşdırıcı günəş və kosmik radiasiyaya həssasdır.
"RadPC" real vaxt rejimində aparat diaqnostikasını həyata keçirən əlavə prosessorlara malikdir. İonlaşdırıcı hissəcik vurarsa, kompüter zədələnmiş hissələri dəyişdirə və ya təmir edə bilər. Cihazda həmçinin Ay mühitində müxtəlif radiasiya səviyyələrini ölçmək üçün üç dozimetr də var.
Töhfə Səməd
tag: Radiasiya ,İonlaşdırıcı ,Kompüter ,Mühit ,todaypress.az,