İlin sonunadək internet istifadəçilərinin sayı 5,5 milyarda çatacaq

İqtisadiyyat

28.11.2024 05:05

2024-cü ilin sonuna qədər internet istifadəçilərinin sayı 227 milyon artaraq 5,5 milyarda çatacaq, bu o deməkdir ki, yer kürəsində insanların 68%-i Ümumdünya İnternetə çıxış əldə edəcək.

TodayPress xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında bildirilib.

"2024-cü ildə təxminən 5,5 milyard insan internet istifadəçisidir, bu da 2023-cü il hesablamalarına əsasən 227 milyon nəfər artım deməkdir"  BTİ bildirib.

BTİ-nin Faktlar və Rəqəmlər 2024-də əks olunan hesablamalar göstərir ki, əlaqə dünya miqyasında artmaqda davam edir, lakin aşağı gəlirli ölkələrdə icmalara çatmağın mürəkkəbliyini ortaya qoyur.

Aynur TAC

tag: İnternet, BTİ, Sosial, Telekommniasiya, Ümumdünya,todaypress.az,