İl ərzində əmtəə nişanları ilə bağlı 4 min müddəa qaldırılıb

İqtisadiyyat

19.02.2025 16:00

2255

“İl ərzində əmtəə nişanları ilə bağlı 4 min müddəa qaldırılıb”. 

TodayPress xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli 7-ci Milli “Brand Award Azerbaijan” müsabiqəsinin təltifetmə mərasimində deyib.   

Onun sözlərinə görə, il ərzində 3 minə yaxın əmtəə nişanı qeydiyyat alınır. Qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna hüquq verir:

"Belə ki, yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna hüquqlara malik olur və ona məxsus nişandan başqalarının qanunsuz istifadə etməsinə qadağa qoya bilər.

Həmçinin qeydiyyata alınmış əmtəə nişanı bir istehsalçının əmtəə və xidmətlərinin digər istehsalçının əmtəə və xidmətlərindən fərqləndirir. Burada əmtəənin forması, dizaynı əsas cəhət hesab olunur”.   

O diqqətə çatdırıb ki, qeydiyyatdan keçmək sahibkarları qanun pozuntularından və haqsız rəqabət aparanlardan qoruyur. Bundan əlavə nişandan üçüncü tərəfin qanunsuz istifadəsi  və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı nişan sahibinin xeyrinə qərar qəbul etməyə əsas verir.    

Töhfə Səməd

tag: Əmtəə,Nişan,Qrafik,Agentlik,Todaypress.az,