“IDDA Awards” müsabiqəsinin qalibləri müəyyənləşdi - FOTO
İqtisadiyyat
13.12.2024 17:22
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimi keçirilib.
TodayPress xəbər verir ki, tədbirin “IDDA Awards” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina açılış nitqi ilə çıxış edərək müsabiqədə iştirakçılarına təşəkkür edib.
O, bildirib ki, hər bir iştirakçı ekosistemə dəyər qatır. Məqsəd fəallığı ilə seçilən oyunçuların nailiyyətlərini ölkə miqyasında tanıtmaqdır.
11 nominasiya üzrə müsabiqəyə qoşulan iştirakçılara arasından "İlin Startapı", "İlin Rezidenti", "İKT-də İlin Qadını" və digər kateqoriyalar üzrə qaliblər elan edilib.
Qeyd edək ki, “IDDA Awards” müsabiqəsinin keçirilməsində əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq, onların fəaliyyətini dəstəkləmək, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaqdır.
Bu il “IDDA Awards” üzrə mükafatlandırma 11 nominasiya üzrə həyata keçirilib. Seçim və ictimai səsvermə nəticəsində hər nominasiya üzrə 5 finalçı seçilib.
Günəş Mərd
tag: İKT, Nominasiya, Seçim ,İctimai ,todaypress.az,