Honq-Konq birjasında səhmlər kəskin ucuzlaşdı

İqtisadiyyat

03.02.2025 14:35

2778

Honq-Konq birjasında səhmlər 3 fevral səhəri ABŞ prezidenti Donald Trampın Çin məhsullarına gömrük rüsumları tətbiq etməsi barədə elanından sonra kəskin eniş yaşayıb. 

TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti yazıb.

Məlumata görə, bu ilin uğurlu olacağına ümid edən investorlar əksinə məyus olublar, çünki Vaşinqton və Pekin arasında ticarət müharibəsinin yenidən başlaması riski artır.

“Hang Seng” indeksi 1,8% enərək 19 853,62 bəndə düşüb və bu son bir ayda qeydə alınan ən böyük azalma olub. “Hang Seng Tech” indeksi isə 2,4% dəyər itirib. Eyni zamanda, Çin materikindəki fond birjaları Yeni il bayramı səbəbindən hələ də bağlıdır və yalnız 5 fevralda ticarəti bərpa edəcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal edilən mallara yeni gömrük tarifləri tətbiq edən sərəncam imzalayıb. Kanada, Çin və Meksika birlikdə ABŞ-yə idxal olunan bütün mal və xidmətlərin üçdəbirini təşkil edir. Çinin Ticarət Nazirliyi bəyan edib ki, Pekin tariflərə görə Dünya Ticarət Təşkilatına rəsmi şikayət təqdim edəcək.

Qiymət Mahir

tag: Honq-Konq,Birja,Donald Tramp,Çin,todaypress.az,