Hindistana yod satışı 45%-ə yaxın azaldı

İqtisadiyyat

07.05.2025 14:26

8

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Hindistana 10 ton yod ixrac edilib. 

Bu barədə TodayPress-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu miqdarda ixracdan əldə olunan gəlir 560 min ABŞ dolları olub.

Hindistana yod ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 8 ton və ya 44,5%, dəyər ifadəsi ilə 412 min ABŞ dolları, yaxud da 42,4% azalıb.

Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan Hindistana 18 ton miqdarında, 972 min ABŞ dolları dəyərində yod ixrac edilmişdi.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Rusiya, Hindistan və Çinə yod ixrac edilib.

Eyni zamanda, bu məhsul Yaponiya və Almaniyadan idxal olunub. Məlumat üçün bildirək ki, bu ilin birinci rübündə Azərbaycanda 44 ton yod istehsal edilib.

Yod istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% və ya 4,7 ton azalıb. Ötən ilin yanvar-mart aylarında Azərbaycanda 48,7 ton yod istehsal olunmuşdu.

tag: Azərabycan,Hindistan,Yod,Satış,Todaypress.az,