Hindistan Çindən asılılığını azaldacaq yeni layihə hazırladı

İqtisadiyyat

12.08.2024 17:05

Hindistanın “Adani Group” şirkəti 2026-cı ilə qədər günəş batareyası istehsalını 150 faiz artırmağı planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Layihə nəticəsində Hindistanın Çindən asılılığı ciddi formada azalacaq. Şirkətin planlarına ən böyük bərpa olunan enerji parklarından birinin tikintisi daxildir. 

Qeyd edək ki, “Adani Group” növbəti on il ərzində bərpa olunan enerji mənbələrinə 100 milyard dollar sərmayə ayıracaq. 

Töhfə Səməd

tag: Hindistan, Çin, Layihə,Adani Group,Günəş Batareyası, todaypress.az,