Hava nəqliyyatı ilə sərnişin daşıma kəskin artdı
Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşıma kəskin artıb.
TodayPress xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə hava nəqliyyatı ilə 4 milyon 44,7 min sərnişin daşınıb.
Bu, 2023-cü illə müqayisədə 38,9 faiz çoxdur. 2023-cü ildə bu göstərici 2 milyon 911,6 min nəfər olmuşdu.
Ayrıca sərnişin daşımada gəlir 42,4 faiz artaraq 2 milyard 99 milyon manat olub.
Bu məbləğin 2 milyard 39,555 milyon manatını beynəlxalq reyslər, 59,445 milyon manatını isə daxili reyslər təmin edib.
tag: AZAL,Təyyarə,Daşıma,Artım,Todaypress.az,