Gürcüstanla ticarət dövriyyəsi 16,7% artdı

İqtisadiyyat

03.04.2025 14:08

1940

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 16,7% artaraq 148,5 milyon dolları üstələyib.

Bu barədə TodayPress-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Azərbaycandan Gürcüstana ixrac 130,2 milyon dollar (13,1% artım), Gürcüstandan Azərbaycana idxal isə 18,3 milyon dollar (50,5% artım) təşkil edib.

Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstanla ticarətin payı 1,66 faiz təşkil edib.

tag: Azərbaycan,Gürcüstan,Ticarət,Dövriyyə,Artım,Todaypress.az,