“Google” şirkəti 26 yaşını qeyd edir

İqtisadiyyat

04.09.2024 12:58

Artıq 26 ildir ki, internet istifadəçiləri “Google” axtarış sistemindən istifadə edərək məlumatlanırlar.

TodayPress xəbər verir ki, “Google”un rəsmi yaranma tarixi 4 sentyabrdır. 

1998-ci ildə Stenford universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən əsası qoyulan şirkət “BackRub” adlı axtarış sisteminin əsasında yaradılıb.

Şirkətin adı bir və yüz ədəd sıfırdan ibarət sayı ifadə edən (10 üstü 100) “googol” ingilis sözünün təhrif olunmuş formasıdır.

Qeyd edək ki, axtarış sisteminin yaranma tarixi sentyabrın 4-ü olsa da, 2005-ci ildən bu gün sentyabrın 27-də qeyd olunur. 

Töhfə Səməd

tag: Google ,BackRub,Axtarış Sistemi ,Stenford ,todaypress.az,