“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
İqtisadiyyat
18.01.2025 09:30
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə agentliyin Azərbaycan üzrə reytinq qiymətləndirməsində bildirilib.
“Fitch”in məlumatına görə, Qarabağın bərpasının müsbət təsiri və neft hasilatının azalmasının ləngiməsi səbəbindən 2024-cü ildə iqtisadi artım 4.1%-ə kimi yüksəlib.
Reytinq agentliyi 2025-ci ildə ölkə iqtisadi artımın 3% və 2026-cı ildə isə 2.4% təşkil edəcəyini proqnozlaşdırıb. Bu artım yenə də əsasən dövlət investisiyası hesabına baş verəcək. “Neft sektorunun çəkisi əvvəlki illərə nisbətən azalacaq, çünki yeni neft hasilatı azalmanın sürətini yavaşıda bilər və təbii qaz hasilatı yüksək olacaq. (APA)
tag: Fitch,Azərbaycan,Reytinq,İqtisadi artım,Todaypress.az,