Ərəblər beynəlxalq borc bazarında Çini geridə qoydu

İqtisadiyyat

19.06.2024 21:48

2213

Bu il 33,2 milyard dollarlıq beynəlxalq istiqraz emissiyası ilə Səudiyyə Ərəbistanı Çini geridə qoyub.

TodayPress xəbər verir ki, Səudiyyə Ərəbistanı inkişaf etməkdə olan bazarlar arasında ən çox beynəlxalq istiqraz buraxan ölkə kimi Çini geridə qoyub. Beləliklə, Çinin beynəlxalq borc bazarında inkişaf etməkdə olan ölkələr arasında 12 illik liderliyinə son qoyulub.

Bloomberg-in məlumatına görə, həm hökumətlər, həm də şirkətlər tərəfindən bu il yeni istiqraz satışı ilə bağlı məlumatlar, qlobal borc investorlarının vəliəhd şahzadə Məhəmməd bin Salmanın 2030-cu ilə qədər planını dəstəkləməyə başlaması ilə krallığın rekord sürətlə borc aldığını ortaya qoydu.

Çin daxili borclanmaya diqqət yetirərkən, beynəlxalq ixracat son dövrlərin ən aşağı səviyyəyə düşüb.

Səudiyyə Ərəbistanı qurumlarının istiqraz satışı bu il 8 faiz artaraq 33 milyard dolları keçib. Bu rəqəmin yarıdan çoxunu dövlət istiqrazlarının buraxılışı, o cümlədən keçən ay 5 milyard dollarlıq sukuk sövdələşməsi təşkil edib.

Krallıq bu il gözlənilən təxminən 21 milyard dollarlıq maliyyə kəsirini bağlamağa kömək etmək üçün alternativ maliyyə mənbələri tapmağa çalışır. İl ərzində ümumi maliyyələşdirmə fəaliyyətlərinin Vision 2030-u sürətləndirmək üçün təxminən 37 milyard dollara çatacağı gözlənilir.

Eyni dövrdə Çinin ümumi borclanması 23,3 milyard dollar olub. Beynəlxalq istiqraz bazarının aktiv oyunçularından olan Türkiyənin bu il beynəlxalq borcu 17 milyard dollara çatıb. Bu göstərici ilə Türkiyə inkişaf etməkdə olan bazarlar arasında ən çox borcu olan beşinci ölkədir.

Ümumilikdə, inkişaf etməkdə olan ölkələrin beynəlxalq istiqraz satışları əvvəlki ilə nisbətən 28 faiz artaraq 291 milyard dollara çatıb. Bloomberg indeksinə görə , investorların ABŞ istiqrazları əvəzinə inkişaf etməkdə olan bazar istiqrazlarını (dövlət və korporativ istiqrazların birləşməsi) almaq üçün əlavə gəlir tələbi hazırda təxminən 266 baza bəndi təşkil edir ki, bu da Bloomberg indeksinə görə beş illik orta göstəricidən 336 baza punktından aşağıdır.

 GÜNEL

 

tag: Çin, Səudiyyə Ərəbistanı, Beynəlxalq borc bazarı, İstiqraz, Borc, todaypress.az,