Ənənəvi bazarlarda məhsullar niyə bahalaşır? – AÇIQLAMA
Daimi alış-veriş edən insanlar bazar və market qiymətlərində ciddi fərqin olduğunu bildirirlər. Əvvəllər mağazalarda qiymətlər daha baha olsa da, indi vəziyyət dəyişib. Belə ki, yarmarkalarda meyvə-tərəvəzlər daha baha satılır.
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı TodayPress-ə danışarkən bildirib ki, qiymət fərqinə səbəb bazarların sayının az olmasıdır:
“Bazarda məhsullar daha yeni, təzə və keyfiyyətli olur. Bazarların sayı da azdır. Bakı şəhərində bir neçə bazar qalıb, digərləri sökülüb. Marketlərin sayı isə çoxdur. Bazarda qiymətlərin marketlərə nisbətdə daha baha olmasının əsas səbəbləri bunlardır”.
İqtisadçı bildirib ki, eyni zamanda marketlərdə satış həcmi daha böyük olduğundan, məhsullar daha ucuz təklif edilir. Məsələn, bazarda bir satıcı gündə 50 kq məhsul satarsa, marketlərdə bu rəqəm 400-500 kq-a qədər qalxır.
Həcmin və dövriyyənin artması ilə marketlər bazara nisbətən qiymətləri daha ucuz təklif edirlər.
Türkan İsgəndərli
tag: İqtisadi,Bakı,Bazar,Ərzaq,Qiymət,todaypress.az,
