Ən böyük İT şirkətləri yüz milyardlarla dollar itirdi
Amerika İT nəhənglərinin səhmlərinin dəyəri əhəmiyyətli dərəcədə azalıb.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.
Qeyd olunub ki, “Tesla”nın aktivləri 12 faiz, “Alphabet” 5 faiz, “Microsoft” 4 faiz, “Nvidia” isə 7 faiz ucuzlaşıb. “Amazon” və “Apple”nin qiymətli kağızları 3 faiz, “Meta” 6 faiz dəyər itirib.
Nəticədə, sənayenin bu yeddi ən böyük şirkəti bir gündə 770 milyard dollar itirib.
Günəş Mərd
tag: Amerika, İT, Tesla, Alphabet, Microsoft, todaypress.az,