Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

İqtisadiyyat

04.02.2025 10:13

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,44% azalaraq 2 844,4 ABŞ dollarına bərabər olub.

TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,83% azalaraq 32,26 ABŞ dollarına bərabər olub.

tag: Qızıl,Qiymət,Birja,COMEX,Todaypress.az,