Elnur Əliyev: “Bizə kadr bazası lazımdır”

İqtisadiyyat

08.10.2024 12:30

“İqtisadiyyatın yeni sahələrin açılması nəzərdə tutulur. Amma hələ də o sahədə mütəxəssislərimiz yoxdur. Bizə kadr bazası lazımdır". 

TodayPress xəbər verir ki, bunu İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Gülüstan” sarayında keçirilən Təhsilin İnkişafı Forumunda deyib. 

O, vurğulayıb ki, ali təhsil müəssisələri buna hazır olmalıdırlar:

"İqtisadiyyat Nazirliyinin əlində hazır kadr bazası olmalıdır. Əks halda digər ölkələrdən geri qalacağıq. İnkişaf naminə hər birimiz bu mövzunu düşünməli və diqqətdə saxlamalıyıq".

Qeyd edək ki, “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Forumda dövlət və özəl sektorun 300 nəfərədək nümayəndəsi iştirak edir.

Günəş Mərd

tag: İqtisadiyyat Nazirliyi ,Kadrlar, Elnur Əliyev, Forum ,todaypress.az,