Elektrik avtomobil istifadəçiləri üçün daha əlverişli sistem yaradıldı

İqtisadiyyat

08.09.2024 11:00

Ulsan Milli Elm və Texnologiya İnstitutunun bir qrup alimi hərəkətdə olan elektrikli avtomobillər üçün naqilsiz enerjidoldurma texnologiyası hazırlayıb.

TodayPress xəbər verir ki, tədqiqat haqqında məlumat "Applied Energy" jurnalında yayımlanıb.

Yeni texnologiya hərəkətdə olan nəqliyyat vasitələrinə fasiləsiz enerji təmin edən naqilsiz sistemi özündə ehtiva edir. Sistem naqillərin şəbəkəsi vasitəsilə geniş və güclü maqnit sahəsi yaradır ki, bu da avtomobillərə bahalı ferromaqnit materiallara ehtiyac olmadan sərbəst manevr etməyə imkan verir.

Qeyd edək ki, elektromaqnit generatorundan keçən elektrik cərəyanı dairəvi maqnit sahəsi yaradır və effektiv enerji ötürülməsini təmin edir.

tag: Elektrik,Avtomobil,Naqilsiz,Üstünlük,Funksiya,Yeni,Alimlər,todaypress.az,