Ekspertdən çağırış: “Onlayn “coin” alış-verişində təhlükəsizliyin təmin olunmasına ehtiyac var”
İqtisadiyyat
26.11.2024 15:04
“Onlayn “coin” alış-verişində təhlükəsizliyin təmin olunmasına ehtiyac var”.
Bunu TodayPress-ə verdiyi açıqlamada iqtisadçı ekspert Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, “coin” satışı ilə məşğul olan platformaların real əsasları olduqca azdır:
“Məsələn bu gün “Bitcoin”in qiymətinə təsir edən müxtəlif amillər var. Bunlar bir çox hallarda şüar və siyasi amillər olur. Belə ki, “Bitcoin” əgər ilin əvvəlində 20-27 min ABŞ dolları idisə, bu gün 90 mindir. Və bu artımın əsas səbəbi İlon Maskın kimisə dəstəkləməsi və ya hər hansısa paylaşım etməsidir. Lakin burada heç bir real məhsulun və ya ölkənin mövculuğunu biz görə bilmirik”.
İqtisadçının qənaətincə, bu cür alətlər daha çox papulizmə hesablanıb. Onlayn birjalar üzərindən onun qiymətinə və dəyərinə təsir göstərən məhz bu amildir. Və ya tələbin kəskin artıb-azalması mövcud qiyməti müəyyən edir. Ona görə də bu cür platformalardan alış-veriş edən zaman ciddi və ehtiyatla yanaşılmalıdır.
Ekspert bu məsələyə maraqlı olanlar üçün alternativ variant da təklif edib:
“Düşünürəm ki, daha etibarlı mənbə kimi, fond birjalarında dövr edən şirkətlərə məxsus səhmlərdir. Çünki onların arxasında əmtəə dövriyyəsi, şirkətlər durur. Həmin şirkətlər də səhmlərin lekvidliyini təmin edir”.
Töhfə Səməd
tag: Onlayn alış-veriş, İqtisad, Qiymət, Bitcoin, Platforma, todaypress.az,