EIA gələn il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqladı
İqtisadiyyat
15.01.2025 01:44
ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası
Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün orta hesabla
gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu
yeniləyib.
TodayPress-in EIA-nın aylıq
hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü ildə Azərbaycanda gündəlik
neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel təşkil edib
(proqnoz dəyişməyib).
EIA-nın
ehtimalına görə, 2025-ci ildə il ölkədə ortalama gündəlik neft hasilatı 630 min
barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).
Bununla yanaşı
Administrasiya 2026-cı il üçün Azərbaycanda gündəlik maye karbohidrogenlərin
hasilatı üzrə proqnozunu açıqlayıb. Belə ki, qurum gələn il ölkədə qeyd olunan
göstəricinin 620 min barel olacağını ehtimal edir.
Qeyd olunur ki,
2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin
hasilatı 620 min barel təşkil edib.
Əlavə etmək
lazımdır ki, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670
min barel, 2021-ci ildə isə 720 min barel səviyyəsində olub.
Xatırladaq ki,
2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min
barel təşkil edib.
tag: Neft, Qaz,Azərbaycan, Energetika,EIA, todaypress.az,