Düyü idxalına çəkilən xərc 15 %-dən çox azaldı

İqtisadiyyat

26.04.2025 17:34

16

Bu ilin I rübündə Azərbaycana 17 min 558 ton düyü idxal edilib. 

TodayPress Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 16 milyon 912 min ABŞ dollar təşkil edib. 

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 404 ton (7,4 %) çoxdur, dəyər baxımından isə 3 milyon 133 min ABŞ dolları (15,6 %) azdır. 

Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.

tag: Düyü,İdxal,Xərc,Azalma,Todaypress.az,