Durov “Telegram”da 10 yeni funksiyanın işə salınacağını açıqladı
İqtisadiyyat
09.10.2024 07:41
“Telegram”da tezliklə hədiyyələr və
heşteqlərə aid olan, həmçinin mesajların redaktəsi zamanı yeni imkanlar yaradan
10 yeni funksiya əlavə olunacaq.
TodayPress xəbər verir ki, bu barədə mesencerin
həmtəsisçisi Pavel Durov öz kanalında bildirib.
“Bu yenilənmələrə hədiyyələrdə beş təkmilləşdirmə,
heşteqlərdə üç yenilik, mesaj göndərildikdən sonra ona multimedia materialları
əlavə etmək imkanı və mesajın redaktə vaxtını görmək imkanı daxildir” o, öz
bloqunda yazıb.
Durov həmçinin öz komandasının operativliyini qeyd edib
ki, onlar bir gün ərzində onun təklif etdiyi yenilənmələrin maketlərini
hazırlaya biliblər.
“Təəccüblü deyil ki, “Telegram” komandası bu gün əksər
mesajlaşma tətbiqlərinin necə işlədiyini formalaşdırıb və demək olar ki,
kommunikasiya sahəsindəki bütün innovasiyalara öz töhfəsini verib” o vurğulayıb.
tag: Telegram, Pavel Durov, Funksiya, Sosial Şəbəkə, todaypress.az,