Dünyanın ən sürətli kompüteri təqdim edildi
İqtisadiyyat
24.01.2025 18:30
ABŞ-də istehsal edilən “El Capitan" superkompüteri 5-6 otaqlı ev ölçüsündədir və çəkisi dörd mavi balina qədərdir.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yazıb.
Superkompüter saniyədə 2,79 kvintilyon hesablama gücü ilə nüvə silahlarının təhlükəsizliyini simulyasiya etmək və süni intellekt, eyni zamanda, iqlim dəyişikliyi kimi tədqiqatları sürətləndirmək üçün istifadə ediləcək.
Qeyd edilib ki, 600 milyon dollar dəyərində olan bu nəhəng texnologiyanın bütün dünyada elmi kəşflərə əhəmiyyətli töhfələr verəcəyi gözlənilir.
Əvvəlki superkompüter sistemi “Sierra”dan 18 dəfə sürətli olan “El Capitan” indiyə qədər edilən ən güclü və ən sürətli hesablamaları həyata keçirə biləcək.
Nicat Osman
tag: Superkompüter,İstehsal,ABŞ,Sistem,Todaypress.az,