Dünyanın ən məşhur bitki yağı ucuzlaşdı
İqtisadiyyat
24.12.2024 20:00
Palma yağının qiyməti kəskin ucuzlaşıb.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, buna əsas səbəb Malayziyadan ixracatın zəifləməsi və soya yağı istehsalçılarının sərt rəqabətidir.
Dekabrın ilk 20 günündə Malayziyadan daşınmalar əvvəlki ayla müqayisədə 8,3 faiz azalıb. Bu məhsulun ən böyük alıcısı olan Hindistan alışlarını demək olar ki, 22 faiz azaldıb.
Noyabrın əvvəlində isə palma yağının qlobal qiyməti əksinə, yüksək tələbat səbəbindən qalxıb. Bunun səbəblərindən biri bu məhsulun bioyanacaq üçün xammal kimi artan cəlbediciliyi olub.
Töhfə Səməd
tag: Bitki yağı, Malaziya ,Hindistan ,Palma, todaypress.az,