Dünyanın ən böyük neft şirkətinin gəlirləri çökdü

İqtisadiyyat

05.11.2024 16:40

Bu ilin ilk doqquz ayında dünyanın ən böyük neft istehsalçısı olan “Saudi Aramco”nun xalis mənfəəti 11,3 faiz azalaraq 83,906 milyard dollar olub. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” şirkətin hesabatına istinadən məlumat yayıb. 

Mütləq rəqəmlərdə azalma 10,6 milyard dollar təşkil edib. Sərbəst pul axını 14,4 faiz azalıb, lakin əsaslı xərclər əhəmiyyətli dərəcədə - 19,7 faiz artaraq 36,188 milyard dollar olub.

Qeyd edək ki, noyabrın 3-də məlum olub ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi “OPEC+” sazişinin iştirakçıları dekabr ayında neft hasilatını artırmamaq barədə razılığa gəliblər. Buna səbəb dünya bazarında qiymətlərin çox aşağı olması olub.

Bütün bunların fonunda “Brent” markalı neftin qiyməti bir barel üçün 75 dolları keçib. Lakin belə qiymətlər hələ də Səudiyyə Ərəbistanı üçün çox aşağı olaraq qalır və onu planlaşdırılan gəlirdən məhrum edir.

Töhfə Səməd

tag: Dünya, Neft, OPEC+, Saziş, Brent, Səudiyyə Ərəbistan, todaypress.az,