Dünyanın diqqəti Bakıda: Ölkəmiz enerji sahəsində ən mühüm hadisəyə ev sahibliyi edir

İqtisadiyyat

05.06.2024 11:57

“Bakı Enerji Həftəsi Azərbaycanın xarici siyasətində yeni bir istiqamətdir”. 

Bu sözləri politoloq Cümşüd Nuriyev Bakı Enerji Həftəsi ilə bağlı TodayPress-ə danışarkən bildirdi. Onun sözlərinə görə, bu Form ölkəmizə bir sıra dvidentlər qazandıracaq:   

“Əvvəla ilk dəfədir ki, ABŞ-nin prezidenti Cozef Bayden Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu yüksək qiymətləndirdi. Daha sonra islam dünyası xüsusilə ərəb dünyası Azərbaycana investisiya yatırmaq, Azərbaycanda yaşıl enerjinin formalaşmasına köməklik göstərmək istədi. Bunlar ölkəmizin xarici siyasti üçün olduqca önəmli gedişlər sayılır. İldən-ilə burada iştirak edən dövlətlərin və şirkətlərin sayı da artır”. 

Politoloqun fikrincə Azərbaycanın həm siyasi cəhətdən təkmilləşməyi, həm də yeni siyasi-iqtisadi trendlərinin yaranması baxımından Bakı Enerji Həftəsi mühüm hadisədir. O, ölkəmizdəki ali təhsil ocaqlarının Foruma cəlb olunmasını təqdirə layiq hesab etdi: 

“Artıq yavaş-yavaş Azərbaycan ali təhsil ocaqlarının da burada iştirakı təmin olunur. İlk dəfə Qərbi Kaspi universiteti bu sərgidə təmsil olunur. Gələcəkdə bu sahədə Azərbaycanda mühəndisliklə məşğul olan digər universitetlərin də iştirakı reallaşacaq. Bu, elm sahəsində yeni trendin formalaşmasına səbəb olacaq”. 

C.Nuriyev qeyd etdi ki, Azərbaycan indi təkcə Xəzər dənizində, Abşeronda deyil işğaldan azad edilmiş torpaqlarında - Qarabağda da yaşıl enerjinin formalarından yararlanmağa çalışır.

Qeyd edək ki, iyunun 4-də Bakıda regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi öz işinə başlayıb. İyunun 6-dək davam edəcək Forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edir.

Günəş Mərd

tag: Bakı, Enerji sahəsi, Azərbaycan, Nuriyev, todaypress.az,